İrandakı hadisələrdə iki erməni ölüb

İrandakı hadisələrdə iki erməni ölüb
Yayınlanma tarixi: 1/15/2026 3:54:48 PM

İranda baş verən kütləvi etirazlar və iğtişaşlar nəticəsində iki erməni həyatını itirib.

İslamazeri.com xəbər verir ki, bu barədə jurnalistlərə Diaspora məsələləri üzrə komissar Zare Sinanyan məlumat verib.

Onun sözlərinə görə, bir ölüm faktı təsdiqlənib, ikinci ölümün də təsdiqlənməsi ehtimal olunur. Sinanyan bildirib ki, daha çox itki barədə məlumatlar dolaşsa da, hazırda dəqiq informasiya yoxdur.

Komissar qeyd edib ki, hazırda İrandakı erməni icması ilə birbaşa əlaqə mövcud deyil. “Yalnız ölkəyə gələn şəxslər vasitəsilə əlaqə saxlayırıq. İnternet işləmir, hətta dünəndən bəri səfirliyimizlə də əlaqə qura bilməmişik”, – deyə o bildirib.

İrandan Ermənistana köç məsələsinə toxunan Sinanyan qeyd edib ki, bu mövzunu mövcud vəziyyəti dəqiqləşdirmədən müzakirə etmək mümkün deyil. Onun sözlərinə görə, hələlik İrandan kütləvi axın müşahidə olunmur: “İnsanlar gəlib-gedir, lakin onlar ermənilər deyil.”

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM