İran raketləri İsrail Knessetini susdurdu.
İslamazeri.com xəbər verir ki, İsrail Knesseti (Parlament) İranın İsrailə qarşı son cavab zərbəsindən sonra siren səsləri eşidilən kimi iclasını dayandırıb və parlament üzvləri sığınacaqlara gediblər.
İsrailin Kanal 12 televiziyasının məlumatına görə, iclas Knessetin yerləşdiyi Qərbi Qüdsdə xəbərdarlıq sirenləri səsləndikdən sonra dayandırılıb.
Mübahisəli büdcə müzakirələri zamanı keçirilən iclas, İsrail Evimiz Partiyasının lideri Aviqdor Libermanın çıxışı zamanı İran raketlərinin İsrailə atıldığı xəbəri gəldikdən sonra dayandırılıb.
Knesset iclaslarını yayımlayan Knesset televiziya stansiyası, qanunvericilər sığınacaq axtararkən yayımını qısaldıb.
İsrail qanunvericilərinin Knesset sığınacağında olduqları görüntülər bəzi mətbuat nümayəndələri tərəfindən sosial mediada paylaşılıb.