İmam Əliyyən Nəqinin (ə) şəhid edildiyi gündür

İmam Əliyyən Nəqinin (ə) şəhid edildiyi gündür
Yayınlanma tarixi: 15.01.2024 12:15:05

İmam Əliyyən Nəqi Hadinin (ə) şəhid edildiyi gündür

İslamazeri.com xəbər verir ki, hicri-qəməri təqviminin 214-cü ilində zilhiccə ayının ortalarında Mədinədə dünyaya gələn həzrət Abbasi xəlifəsi Mutəz-Billah tərəfindən İraqın Samirra şəhərindəki hərbi qərargahların birində daim nəzarət altında saxlanılırdı və məhz bu səbəbdən ona və 11-ci imama “əl-Əsgəri” ləqəbləri verilib.

Bundan başqa, ona sahib olduğu fəzilətlərə görə yaşadığı dövrdə xalq tərəfindən bir çox digər ləqəblər də verilib: “Hadi” (yol göstərən), “Nağı” (pak), “Əmin” (əmanət saxlayan), “Nasih” (nəsihətçi) və sair.

Mutəz-Billah imamın günbəgün artan nüfuzundan qorxaraq, hicrətin 254-cü ilində o həzrəti zəhərləyir.

Hədislərə görə, imam bir neçə dildə danışıb, digər dinlər və millətlərin alimləri ilə münasibətlər qurub. Onun haqqında saysız-hesabsız fəzilətli sifət və kəramət sahibi olduğu nəql edilir.

Bildirək ki, hazırda imamın məqbərəsi Samirrada yerləşir.

Qeyd edək ki, 11-ci imamın (Həsən Əsgəri (ə) məzarı da buradadır.

GÜNÜN MANŞETLERİ