İlham Əliyev Putin və Paşinyan Qarabağ məsələsini müzakirə ediblər

İlham Əliyev Putin və Paşinyan Qarabağ məsələsini müzakirə ediblər
Yayınlanma tarixi: 12/27/2022 4:33:53 PM

Rusiya Prezidenti Vladimir Putin dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirdiklərini bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Putin Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Cariilin 10 ayında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində 73 faiz artım olduğunu deyən Putin iki ölkə arasında iqtisadi əlaqələrin çox müsbət inkişaf etdiyini bildirib.

Qarabağ məsələsi ilə bağlı Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla üçtərəfli görüş keçirdiklərini qeyd edən Putin deyib:

“Biz dünən sizinlə başladıq və üçtərəfli görüş keçirməyə nail olduq. Təbii ki, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin, Azərbaycan-Ermənistan münasibətlərinin, Qarabağla bağlı hər şeyin həllidir. Razılaşdığımız kimi bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”. 

Paşinyan isə Laçın dəhlizindəki vəziyyətə də toxunub və bildirib ki, dəhliz hazırda Rusiya sülhməramlılarının nəzarətində deyil. Paşinyan bu vəziyyəti və hansı variantların olduğunu Putinlə müzakirə etmək istədiyini bildirib.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM