“İçərişəhər” Muzeyinə yaşı bir əsrdən çox olan Quran bağışlanıb

“İçərişəhər” Muzeyinə yaşı bir əsrdən çox olan Quran bağışlanıb
Yayınlanma tarixi: 24.10.2022 15:44:50

İçərişəhər sakini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (DTMQ) İdarəsinin fonduna bir əsrdən çox yaşı olan Quran kitabı təqdim edib.

Bu barədə "İslamazeri.com"a qoruqdan məlumat verilib.

Qeyd edilib ki, yaşının əsrlərdən çox olduğu deyilən kitabın dəqiq çap tarixinin müəyyənləşdirilməsi hazırda araşdırma mərhələsindədir.

“Müqəddəs kitab “İçərişəhər” DTMQ İdarəsinin strukturunda olan Muzey Mərkəzinə İçərişəhərin ahıl sakini, 1949-cu il təvəllüdlü Məmmədova Həqiqət Rəhman qızı tərəfindən bağışlanıb. Həqiqət xanım bu kitabın ona çatınca nəsildən-nəslə keçdiyini deyir. Qiymətli kitab “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bəylər məscidində sərgilənəcək və digər qiymətli əşyalar kimi daima qorunub saxlanacaq. “İçərişəhər” DTMQ İdarəsi Həqiqət Məmmədovaya dərin təşəkkürlərini bildirir”, - məlumatda deyilir.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18