Əhli-Beyt Assambleyasının baş katibi Gürcüstanda - FOTO

Əhli-Beyt Assambleyasının baş katibi Gürcüstanda - FOTO
Yayınlanma tarixi: 17.01.2023 19:43:10

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani Gürcüstana səfər edib

İslamazeri.com xəbər verir ki, Gürcüstanda səfərdə olan Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani və onu müşayiət edən nümayəndə heyəti bu gün Tbilisi Cümə məscidini ziyarət edib və Gürcüstan Müsəlmanları İdarəsində olub.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, şərqi Gürcüstan müftisi Etibar Eminov, qərbi Gürcüstan üzrə müfti Hacı Adəm Şantadze və digər ruhanilər məscidin iclas salonunda görüş keçirib.
Görüş zamanı Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri qonaqlara Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, İdarənin amal və məqsədi, son illərdə gördüyü işlər və gələcək proqramları haqda məlumat veriblər.
Görüşdən razılıqlarını bildirən İran İslam Respublikasında yerləşən Assambleyanın baş katibi və digər qonaqlar dini rəhbərlərin fəaliyyətlərini yüksək qiymətləndirib, onlara müqəddəs fəaliyyətlərində uğurlar dilədilər. Görüşlərin sonunda xatirə olaraq əziz qonağa hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib.

FOTO

GÜNÜN MANŞETLERİ