Hizbullah İsrailin hərbi məntəqələrinə qarşı əməliyyat keçirib

Hizbullah İsrailin hərbi məntəqələrinə qarşı əməliyyat keçirib
Yayınlanma tarixi: 1/9/2024 3:51:49 PM

Livan Hizbullah Hərəkatı ölkənin cənubundan işğalçı İsrail qüvvələrinə qarşı həyata keçirdiyi cavab əməliyyatları ilə bağlı açıqlama verib.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Livan Hizbullah Hərəkatı ölkənin cənubundan işğalçı İsrail qüvvələrinə qarşı həyata keçirdiyi cavab əməliyyatları ilə bağlı açıqlama verib.

Bəyanatda sionist İsrailin Əl Bağdadi və Yiftah hərbi məntəqələrinin müvafiq silahlarla hədəfə alındığı bildirilib.

Hizbullah başqa bir açıqlamada "İsrailin əl-Malikiyyə hərbi məntəqəsinə qarşı müvafiq silahlarla əməliyyat aparıldığını" bildirib.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail rejiminin artilleriya birliklərinin Livanın Tel Hamamis bölgəsi və Hula qəsəbəsi ətrafını vurduğu bildirilib.

Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar baş verir.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM