Hindistanda tarixi məscidin dağıdılmasına etiraz

Hindistanda tarixi məscidin dağıdılmasına etiraz
Yayınlanma tarixi: 20.01.2023 13:16:23

Hindistanda tarixi məscidin dağıdılması bu ölkənin müsəlmanlarını qəzəbləndirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Hindistan hakimiyyəti təxminən beş əsr əvvəl inşa edilmiş tarixi Şahi məscidinin böyük bir hissəsini yolun genişləndirilməsi bəhanəsi ilə söküb. Bundan sonra Uttar Pradeş əyalətinin Allahabad bölgəsinin müsəlmanları bu hadisəyə qəzəbləniblər.

Sosial fəallar sosial şəbəkələrdə buldozerlərin bu məscidin böyük bir hissəsini dağıtdığını göstərən video yayımlayıblar.

Bu ictimai fəallardan biri Hindistan hökumətinə müraciət edərək deyib: "Bu hökumət xarab və viran etməkdə heyrətamiz şəkildə işləyir. Bu da nifrətdən başqa heç nə yarada bilməz".

Hindistan polisi də öz növbəsində bu dağıntıya haqq qazandırıb və elan edib ki, bu addım əsas yolun inkişafı üçün zəruridir. Bu məscidin indiki yeri buna mane olurdu.

Hindistan hökuməti bu məscidin qeyri-qanuni olaraq hökumət torpaqlarında tikildiyini iddia edir. Məscidin məsul şəxsləri isə hökumətin iddiasının yalan olduğunu deyirlər. Çünki onların məscidi uzun müddətdir ki, oradadır.

GÜNÜN MANŞETLERİ

Naxçıvanın prokuroru vəzifəsindən azad edilib
ÖLKƏ / SİYASƏT

Naxçıvanın prokuroru vəzifəsindən azad edilib

31.01.2023 18:18:24
Haram yeməyin nəticəsi
DİN

Haram yeməyin nəticəsi

31.01.2023 18:00:17
Pakistanda bir günlük matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Pakistanda bir günlük matəm elan edilib

31.01.2023 17:16:58