Həbsdə olan şəxsin qəbiristanlıqda basdırdığı qumbara aşkarlanıb

Həbsdə olan şəxsin qəbiristanlıqda basdırdığı qumbara aşkarlanıb
Yayınlanma tarixi: 27.03.2023 15:06:56

Bu barədə Penitensiar xidmətdən məlumat verilib.

Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb.

Penitensiar xidmətdən "İslamazeri.com"a verilən məlumata görə, Müalicə müəssisəsinin əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kənd qəbiristanlığında qohumlarının qəbirlərinin yaxınlığında olan ağacın yanında torpağa basdıraraq gizlətdiyi 1 ədəd partlayıcısı ilə birlikdə “RQD-5” əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Qaribaşvili Ərdoğana təbrik mesajı göndərdi
REGİON / GÜRCÜSTAN

Qaribaşvili Ərdoğana təbrik mesajı göndərdi

29.05.2023 13:56:47
Rəisidən Ərdoğana təbrik mesajı
REGİON / İRAN

Rəisidən Ərdoğana təbrik mesajı

29.05.2023 13:36:09