Gürcüstanda mer motosikletilə qəzaya düşərək həyatını itirdi

Gürcüstanda mer motosikletilə qəzaya düşərək həyatını itirdi
Yayınlanma tarixi: 9.10.2022 14:41:46

Tercola şəhərinin meri Laşa Qoqiaşvili yol qəzası nəticəsində dünyasını dəyişib.

İslamazeri.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə Tercolanın Separeti kəndi ərazisində Laşa Qoqiaşvili motosikletlə hərəkət edərkən baş verib.

Mövcud məlumata görə, merin motosikleti qoşqu ilə toqquşub.

Laşa Qoqiaşvili Kutaisidəki intervensional tibb mərkəzinə aparılsa da, onu xilas etmək mümkün olmayıb.

GÜNÜN MANŞETLERİ