Fransa xəbər portalı Xurşidbanu Natəvan haqqında məqalə yayımlayıb

Fransa xəbər portalı Xurşidbanu Natəvan haqqında məqalə yayımlayıb
Yayınlanma tarixi: 15.02.2022 19:08:14

Məqalənin müəllifi tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi isə mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir.

Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa ili” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalənin yayımına başlayıb.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Məqalənin müəllifi tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi isə mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.

GÜNÜN MANŞETLERİ