Kərbəlada Xanım Ümmül Bəninin vəfat günlərinə hazırlıq - FOTO

Yayınlanma tarixi: 5.01.2023 12:21:01

Xanım Ümmül Bəninin vəfatı münasibətilə İmam Hüseynin (ə) hərəmində matəm rəmzləri sayılan qara parçalar və pankartlar asılıb.

Kərbəlada İmam Hüseynin (ə) hərəmində İmam Əlinin (ə) xanımı, Həzrəti Əbəlfəzlin (ə) anası Xanım Ümmül-Bəninin vəfatı günləri ilə əlaqədar olaraq hazırlıq işləri görülüb.

İslamazeri.com xəbər verir ki, bu barədə Hərəmin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xanım Ümmül Bəninin vəfatı münasibətilə İmam Hüseynin (ə) hərəmində matəm rəmzləri sayılan qara parçalar və pankartlar asılıb.

Qeyd edək ki, Cəmadius-Sani ayının 13-ü Xanım Ümmül-bəninin vəfatının il dönümüdür.

GÜNÜN MANŞETLERİ