İmam Hüseyn (ə) hərəmi Suriyaya yardım göndərib - FOTO

Yayınlanma tarixi: 16.02.2023 16:59:59

İmam Hüseyn (ə) ziyarətgahı Suriya bölgəsinə yardım göndərib.

Böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin İraqın Nəcəf ofisindən çağırışından sonra İmam Hüseyn (ə) ziyarətgahı zəlzələ olan Suriya bölgəsinə yardım göndərib.

İslamazeri.com xəbər verir ki, Böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin Kərbəla nüamyəndəsi Şeyx Əbdülmehdi Kərbəlayinin nəzarəti ilə Suriyanın zəlzələ nəticəsində böyük dağıntılar yaşanan Latakiya bölgəsinə tonlarla yardım, tibbi ləvazimat və gündəlik ehtiyac məhsulları göndərilib.

Bundan əlavə ziyarətgah kompleks səhra tibb mərkəzi, təcili yardım avtomobilləri, həmçinin səhra yeməkxanası və çörək bişirənlər göndərərək gündə 3 dəfə olmaqla 10 min şəxsə isti yemək paylamağa başlayıb.

GÜNÜN MANŞETLERİ