FHN: Ötən sutka 54 yanğına çıxış olub, 3 nəfər xilas edilib

FHN: Ötən sutka 54 yanğına çıxış olub, 3 nəfər xilas edilib
Yayınlanma tarixi: 30.03.2023 11:48:04

Bu barədə FHN-dən bildirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə. “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

GÜNÜN MANŞETLERİ