FHN: Ötən sutka 22 yanğına çıxış olub

FHN: Ötən sutka 22 yanğına çıxış olub
Yayınlanma tarixi: 1/25/2023 11:36:13 AM

Bu barədə FHN-dən məlumat verilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib.

GÜNÜN MANŞETLERİ

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı

4/19/2026 10:00:01 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

4/18/2026 1:19:48 PM