FHN: Ötən sutka 10 nəfər xilas edilib

FHN: Ötən sutka 10 nəfər xilas edilib
Yayınlanma tarixi: 1/31/2023 10:21:32 AM

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 10 nəfər, o cümlədən Sabirabad rayonunun Qalağayın kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM
Yəməndən İsrailə raket hücumu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəməndən İsrailə raket hücumu

3/28/2026 11:11:59 AM