Ermənistana verilən istənilən silah kömək etməyəcək

Ermənistana verilən istənilən silah kömək etməyəcək
Yayınlanma tarixi: 1/11/2023 8:54:12 AM

"Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm." - bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib

İslamazeri.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana silah verilməsinin onlara fayda verməyəcəyini bildirib.

"Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Ona görə biz, əlbəttə ki, lazımi tədbirləri görürük və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın, heç vaxt imkan verə bilmərik." - İlham Əliyev deyib.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM