Erməni deputat: "Kim Qarabağı unudursa, satqındır"

Erməni deputat:
Yayınlanma tarixi: 10/26/2021 4:16:09 PM

Ermənistan parlamentində bu gün keçirilən iclasda müxalifətçi Geqam Manukyan zaldan qovulub.

Ermənistan parlamentində bu gün keçirilən iclasda müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Geqam Manukyanın çıxışından sonra gərgin vəziyyət yaranıb.

İslamazeri.com "Musavat.com"-a istinadən xəbər verir ki, burada müxalif deputat iqtidardakı opponentlərini “satqın” adlandırıb.

“Kim Qarabağı unudursa, satqındır və həmin söz yaxınlarda öz çıxışında Qarabğadan vaz keçdiyini deyənə (Nikol Paşinyan nəzərdə tutulur-red.) də addir”,-deyə o söyləyib.

İclasa sədrlik edən Ruben Rubinyan deputatdan etika qaydalarını pozmamağa çağırıb və onun mikrofonunu söndürərək, dərhal tribunanı tərk etməsini istəyib. Geqam Manukyan bu tələbi yerinə yetirməkdən imtina etdikdə Rubinyan parlamentin mühafizə əməkdaşlarını müxalif siyasətçini zaldan çıxarmasını əmr edib.

Muhafizəçilər deputatın qolundan tutduğu zaman spiker onu zaldan deyil, tribunadan qovulmasını istədiyini desə də də, artıq gec olub.

Bundan sonra salonda vəziyyət gərginləşib və buna görə 20 dəqiqəlik fasilə elan olunub.

FOTO

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM