DİM sədri Britaniya səfiri ilə görüşüb

DİM sədri Britaniya səfiri ilə görüşüb
Yayınlanma tarixi: 1/31/2023 10:04:42 AM

Bu barədə DİM-dən məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldla görüşüb.

DİM-dən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Britaniya Şurasının Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı tərəflər arasında ingilis dili biliklərinin qiymətləndirilməsinə aid layihələr, maliyyə savadlılığı ilə əlaqədar Britaniya təcrübəsinin dəstəklənməsi, rəqəmsal innovasiyaların təhsildə qiymətləndirmə sahəsində tətbiqi istiqamətində təcrübə mübadiləsi, həmçinin strateji əməkdaşlıq imkanlarına dair digər məsələlər müzakirə edilib.

Görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM