Dərman idxalçılarına satışın tənzimlənmiş qiymətlərlə aparılması tapşırılıb

Dərman idxalçılarına satışın tənzimlənmiş qiymətlərlə aparılması tapşırılıb
Yayınlanma tarixi: 10/28/2022 1:24:13 PM

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində dərman vasitələrinin idxalını, topdan və pərakəndə satışını həyata keçirən əsas bazar iştirakçıları ilə görüş keçirilib.

İslamazeri.com xəbər verir ki, görüşdə dərman vasitələrinin üzərində Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş qiymətlərin qanunvericiliklə müəyyən olunmuş qaydada göstərilməsinin və satışın tənzimlənmiş qiymətlərə uyğun aparılmasının vacibliyi vurğulanıb. Apteklərdə satılan dərman vasitəsi olmayan digər məhsulların da satışında qiymət intizamına əməl edilməsi, malların dəyişdirilməsi və qaytarılması ilə bağlı qanunvericiliyin tələbləri müzakirə edilib.

Görüş iştirakçıları istehlak bazarına nəzarət və istehlakçı hüquqları, eyni zamanda Dövlət Xidmətinin dərman vasitələri haqqında qanunvericilik sahəsində səlahiyyətləri ilə bağlı məlumatlandırılıb.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM