Deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
Yayınlanma tarixi: 2/21/2022 5:41:44 PM

Fevralın 24-də və 25-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda qış sessiyası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən xəbərə görə, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsüsi nümayəndəsi Azay Quliyev sessiyada iştirak etmək üçün fevralın 22-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.

Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün fəaliyyət planı təsdiq ediləcək.

Deputatlarımız gündəlik üzrə müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Vyanaya səfər çərçivəsində fevralın 23-də deputat Azay Quliyev ATƏT-dəki Daimi Nümayəndəliyimiz və ATƏT-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil edilən Xocalı soyqırımına həsr edilmiş “Sülh və ədalət: beynəlxalq insan haqlarına və beynəlxalq humanitar hüquqa dair pozuntuların aradan qaldırılması üçün münaqişədən sonrakı barışıq və sülh quruculuğu vacib bağlantı kimi” mövzusundakı konfransda iştirak edəcək.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM