ClearSky: İran xakerləri İsrail və ABŞ PUA-larını nəzarətə götürməyə çox yaxındır

ClearSky: İran xakerləri İsrail və ABŞ PUA-larını nəzarətə götürməyə çox yaxındır
Yayınlanma tarixi: 21.11.2022 16:11:51

"İran xakerlərindən bir qrup İsrail və ABŞ pilotsuz aparatlarına sızaraq onların nəzarətini ələ keçirərək idarə etməyə çox yaxındırlar."

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, bunu İsrailin kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən  ClearSky adlı şirkətinin baş direktoru Boaz Dolev bildirib.

Konfransda çıxış edən Dolev İranın kiberhücumlarından danışıb.

O bildirib ki, Tehran bu sahədə fəaliyyətini genişləndirib və haker komandaları PUA-lara sızmağa çox yaxındırlar.

ClearSky şirkətinin baş direktoru həmçinin iranlı hakerlərin "Sıfır gün" hücumları da həyata keçirə biləcəklərini qeyd edib.

Bu hücumun əvvəllər ABŞ, Rusiya və Çin hakerləri tərəfindən həyata keçirilə biləcəyini önə çəkən Dolev artıq İranlı hakerlərin də bunu İsrailin müdafiə sahəsindəki sistemlərə daxil ola bilmələrilə edə biləcəklərini sübut etdiklərini bildirib.

Qeyd edək ki, "Sıfır gün" hücumları internetdən istifadə edən bütün sahələr, xüsusilə infrakstrukturun haker hücumları ilə çökməsidir.

GÜNÜN MANŞETLERİ