Bozdağ silsiləsində köməksiz qalan şəxslər xilas edilib

Bozdağ silsiləsində köməksiz qalan şəxslər xilas edilib
Yayınlanma tarixi: 2/9/2023 11:26:29 AM

Bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xilasetmə vasitələrindən istifadə olunmaqla hər üç vətəndaş dərədən çıxarılaraq xilas ediliblər.

GÜNÜN MANŞETLERİ

General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...

3/27/2026 10:57:31 PM
Əraqçi: Ağır bədəl ödətdirəcəyik!
REGİON / İRAN

Əraqçi: Ağır bədəl ödətdirəcəyik!

3/27/2026 9:40:01 PM
İsraildə yaralananların sayı 5772 nəfərə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraildə yaralananların sayı 5772 nəfərə çatıb

3/27/2026 2:20:01 PM
Lapid: İsrail tarixi bir fəlakətin astanasındadır
DÜNYA / MARAQLI

Lapid: İsrail tarixi bir fəlakətin astanasındadır

3/27/2026 1:30:01 PM