Borreldən geri addım: "Üzr istəyirəm!"

Borreldən geri addım:
Yayınlanma tarixi: 10/20/2022 3:31:47 PM

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell Avropanı bir bağa, dünyanın qalan hissəsini isə “vəhşi meşəyə” bənzətdiyi şərhinə görə irqçi tənqidlərdən sonra səhv başa düşüldüyünü iddia edərək üzr istəyib.

İslamazeri.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell keçən həftə verdiyi və irqçilik ittihamları ilə üzləşməsinə səbəb olan açıqlamalarına görə üzr istəyib.

Dünən bloqunda bir məqalə dərc edən Borrell, "Bəziləri metaforanı "müstəmləkə avrosentrizmi" kimi yanlış şərh edib. Bəziləri inciyibsə, üzr istəyirəm, - deyə qeyd edib.

“Bağ-meşə” metaforasının özünün kəşfi olmadığını qeyd edən Borrell, bu cür metaforalara qarşı həssaslığı anladığını ifadə edərək, “Çünki bunları keçmişdə Amerikalı neo-mühafizəkarlar dilə gətirmişdilər, amma mən bu siyasi düşüncələrdən uzağam”, - deyə bildirib.

Qeyd edək ki, İran İslam Respublikası və BƏƏ kimi bəzi müsəlman ölkələri Borrelin irqçi bəyanatına reaksiya verib.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM