Bəxtiyar Hacıyev və Əvəz Zeynallı ilə bağlı Prezidentə müraciət

Bəxtiyar Hacıyev və Əvəz Zeynallı ilə bağlı Prezidentə müraciət
Yayınlanma tarixi: 1/24/2023 4:23:58 PM

Bəxtiyar Hacıyev və Əvəz Zeynallının həbsdən azad edilməsi xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət olunub

İslamazeri.com Turan-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaş cəmiyyətinin nüayəndələri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının həbsdən azad edilməsi xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

"Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatçılıqların olduğunu nəzərə alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər, hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik", deyə müraciətdə qeyd edilir. 

Müraciəti 18 vətəndaş cəmiyyəti rəhbəri - Sabit Bağırov, Arzu Abdulla, Şəhla İsmayıl, Novella Cəfəroğlu, Fikrət Cəfərli, Səidə Qocamanlı,  Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehdiyev, Əhməd Əlili, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Mirvari Qəhramanlı, Rəsul Cəfərov və Ziya Quliyev imzalayıblar.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM