Baş Prokurorluğun iki vəzifəli şəxsi təqaüdə göndərilib

Baş Prokurorluğun iki vəzifəli şəxsi təqaüdə göndərilib
Yayınlanma tarixi: 11/28/2022 4:43:22 PM

Baş Prokurorluq Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan "İslamazeri.com"a daxil olan məlumatda bildirilib ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev noyabrın 28-də Baş Prokurorluğun inzibati binasında qəbul edib.

Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Müstəcəb Əliyevə isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilib, onlara hədiyyələr təqdim olunub.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb, xatirə şəkilləri çəkdiriblər.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM