Bakıda küçə və prospektlərin abadlaşdırılması işləri davam etdirilir

Bakıda küçə və prospektlərin abadlaşdırılması işləri davam etdirilir
Yayınlanma tarixi: 3/16/2023 2:39:58 PM

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlığı əsasında paytaxtın küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər uğurla davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən "İslamazeri.com"a verilən xəbərə görə, ölkə başçısının vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sağlamlıq imkanları məhdud olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən sosial siyasətinə uyğun olaraq icra edilən layihə çərçivəsində Bakı şəhərinin küçə və prospektlərində insanların, xüsusilə əlilliyi olan şəxslərin sərbəst hərəkətini təmin etmək üçün səkilər əsaslı təmir olunur, panduslar quraşdırılır, hərəkətə maneə yaradan hallar aradan qaldırılır. Səkilər boyunca gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən plitələr doşənir, yeni işıq dirəkləri quraşdırılır. Həmçinin, birgə monitorinqlər zamanı aşkar olunan çatışmazlıqlar aradan qaldırılır, parklarda və küçə kənarlarında qazon örtüyü yenilənir, yeni güllər əkilir, ağaclar budanır, mövcud işıq dirəkləri və məhəccərlər yuyularaq rənglənir.

Qeyd olunan abadlıq işlərinin ilkin olaraq paytaxtın Rəşid Behbudov, Dilarə Əliyeva, 28 May küçələrində yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, artıq digər bir neçə ünvanda da anoloji işlərə start verilib.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM