Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub
Yayınlanma tarixi: 4/12/2023 2:49:04 PM

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə "İslamazeri.com"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, bu gün günorta saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən operativ qaydada yanğın baş verən mənzilin qapısı xüsusi vasitələrlə açılaraq yanğın qısa müddətdə söndürülüb və mənzildə həyati təhlükəli vəziyyətdə qalan vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yanğın nəticəsində ümumi sahəsi 48kv.m. olan mənzilin bir otağında ev əşyaları 1m² sahədə yanıb, otağın döşəmə və divarları ziyan görüb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

GÜNÜN MANŞETLERİ

Hörmüz boğazındakı gərginlik neft qiymətlərinin artmasına səbəb olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hörmüz boğazındakı gərginlik neft qiymətlərinin artmasına səbəb olub

3/23/2026 12:10:01 PM
İsrail mediası: İran amansız sürətlə raket atır
DÜNYA / MARAQLI

İsrail mediası: İran amansız sürətlə raket atır

3/23/2026 11:48:25 AM
İsrailə şimal cəbhəsindən AĞIR ZƏRBƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə şimal cəbhəsindən AĞIR ZƏRBƏ

3/23/2026 11:08:56 AM