Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub

Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub
Yayınlanma tarixi: 3/28/2023 5:06:21 PM

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub.

Bakı Slavyan Universitetinə (BSU) yeni prorektor təyin olunub.

İslamazeri.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub.

Rektor Anar Nağıyev bu gün yeni prorektoru kollektivə təqdim edib.

Qeyd edək ki, Nailə Azad qızı Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləyib.

17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM