BƏƏ Yəməndəki hərbi bölmələrinin missiyasının başa çatdığını elan edib

BƏƏ Yəməndəki hərbi bölmələrinin missiyasının başa çatdığını elan edib
Yayınlanma tarixi: 12/31/2025 9:51:45 AM

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi Yəməndə qalan bölmələrinin missiyasının könüllü şəkildə başa çatdığını açıqlayıb. Bildirilib ki, bu qərar son inkişaflar fonunda və beynəlxalq tərəfdaşlarla koordinasiya əsasında qəbul olunub.

İslamazeri.com xəbr verir ki, Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, BƏƏ 2015-ci ildən etibarən Ərəb koalisiyası çərçivəsində Yəmənin istefa vermiş hökumətinə dəstək göstərmək, eyni zamanda Yəməndə təhlükəsizlik və sabitliyin bərqərar olunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləmək məqsədilə bu ölkədə iştirak edib. Bu müddət ərzində BƏƏ silahlı qüvvələri əhəmiyyətli itkilər və fədakarlıqlar verib.

BƏƏ Müdafiə Nazirliyi, həmçinin bildirib ki, ölkənin silahlı qüvvələri 2019-cu ildə rəsmi razılaşmalar çərçivəsində üzərlərinə düşən tapşırıqları yerinə yetirdikdən sonra Yəmən Respublikasındakı hərbi mövcudluğuna son qoyub. Bundan sonra isə yalnız məhdud tapşırıqlar çərçivəsində və beynəlxalq tərəfdaşlarla koordinasiya şəklində az sayda ixtisaslaşmış bölmələr bu ölkədə qalıb.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM