“Azəriqaz” smart kartlardakı problemin səbəbini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb.
Sosial şəbəkələrdə yazılanlara əsasən, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb. Belə ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, problemlərdən xəbərdardırlar, lakin smart kartlara ödəniş edilməməsinin səbəbi terminallardır, sayğac və ya smart kartlarla bağlı problem yoxdur.