Azərbaycanda qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

Azərbaycanda qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib
Yayınlanma tarixi: 1/16/2026 4:00:24 PM

Ölkədə qeyri-yaşayış sahələri üçün ödənilən əmlak vergisinin artırılması təklif olunub.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında belə bir təkliflə çıxış edib.

O qeyd edib ki, bu təklifin reallaşması fərdlərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

"Məsələn, Nərimanovda ərazisi 1000 kv/metr olan obyektin sahibinə 25 min manat icarə haqqı ödənilir. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş edilir. Ona görə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu addım bələdiyyələrə də əlavə dəstək olar".

GÜNÜN MANŞETLERİ