Azərbaycanda nə qədər insan pensiya alır? - AÇIQLAMA

Azərbaycanda nə qədər insan pensiya alır? - AÇIQLAMA
Yayınlanma tarixi: 1/20/2026 4:29:05 PM

İlkin məlumatlara əsasən, 2026-cı ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1098,7 min nəfər olmaqla ölkə əhalisinin 10,7 faizini təşkil edib.

İslamazeri.com xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, həmin dövrə 471,1 min nəfər aylıq sosial müavinət, 406,6 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 155,4 min nəfər təşkil edib.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM