Azərbaycan və Latviya Baş prokurorlarının görüşü olub

Azərbaycan və Latviya Baş prokurorlarının görüşü olub
Yayınlanma tarixi: 2/22/2023 3:07:25 PM

Bu barədə Baş prokurorluqdan məlumat verilib.

Fevralın 21-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Baş prokuroru Yuris Stukansın dəvəti ilə Riqada işgüzar səfərdə olub.

Bu barədə "İslamazeri.com"a Baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Azərbaycanın Riqadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra Baş prokurorluqda ikitərəfli görüş keçirilib. Azərbaycanlı həmkarını salamlayan Baş prokuror Yuris Stukans, ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin son illər ərzində inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb.

Kamran Əliyev qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Latviyanın siyasi rəhbərliyinin səyləri nəticəsində ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Baş prokuror Azərbaycan və Latviya arasında yüksək strateji tərəfdaşlıq əlaqələri kontekstində prokurorluqlar arasında əməkdaşlığın müsbət dinamikasını qeyd edib, cinayətkarlığa, o cümlədən korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizənin və əmlakın bərpası sahəsində birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.

Görüşdə ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində prokurorluqlarımız arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd edilib. Qarşılıqlı təlimlərin təşkil olunması və əlaqələrin inkişaf etdirilməsi məqsədilə qurumlar arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması müzakirə olunub. Həmçinin konkret cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların icrası ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Baş prokuror Latviyanın Korrupsiyanın Qarşısının Alınması və Korrupsiyaya qarşı Mübarizə Bürosunun (KNAB) rəhbər heyəti ilə görüşərək korrupsiyanın qarşısının alınması, bu sahədə törədilmiş cinayətlərin istintaqı, maarifləndirmə və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşlərdə ölkəmizin Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM