Azərbaycan nefti UCUZLAŞIB

Azərbaycan nefti UCUZLAŞIB
Yayınlanma tarixi: 1/7/2026 5:02:18 PM

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,1 % azalaraq 65,73 ABŞ dolları təşkil edib.

İslamazeri.com xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 62,92 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % artaraq 63,99 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM