Azərbaycan-Gürcüstan birgə universitetinin yaradılması müzakirə olunur

Azərbaycan-Gürcüstan birgə universitetinin yaradılması müzakirə olunur
Yayınlanma tarixi: 21.02.2022 17:33:52

Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı azərbaycandilli məktəblər üçün kadr hazırlığı məsələsinə xüsusi diqqət ayrılıb.

"Uzunmüddətli perspektivdə Azərbaycan-Gürcüstan birgə universitenin yaradılması, ikili diplomların verilməsi məsələsi müzakirə olunur".

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələlər texniki müzakirələr tələb edir, veriləcək qərarlar daha düzgün olmalıdır.

Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı azərbaycandilli məktəblər üçün kadr hazırlığı məsələsinə xüsusi diqqət ayrılıb: "Hesab edirəm ki, bundan sonra iki ölkə arasında ali məktəblərin əməkdaşlığı ilə kadr hazırlığı prosesinə təkan veriləcək".

Qeyd edək ki, Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdədir.

GÜNÜN MANŞETLERİ