Amnistiya aktının icrasına başlanılıb

Amnistiya aktının icrasına başlanılıb
Yayınlanma tarixi: 11/10/2021 5:25:26 PM

Hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir.

8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktının icrasına başlanılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir. Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək.

Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya Aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək. 

GÜNÜN MANŞETLERİ

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır

3/17/2026 10:49:26 PM
İsrail Livanda 111 uşağı qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 111 uşağı qətlə yetirib

3/17/2026 5:30:01 PM