Amazon evdə müşahidə aparan PUA istifadəyə verib

Amazon evdə müşahidə aparan PUA istifadəyə verib
Yayınlanma tarixi: 1.02.2023 14:12:46

Amazon evdə müşahidə aparan PUA istifadəyə verib.

“Amazon” şirkəti evin uzaqdan monitorinqi üçün “Ring Always Home Cam” adlı ev dronunu təqdim edib.

İslamazeri.com "Chip"ə istinadən xəbər verir ki, dron kameraya malikdir, əvvəlcədən təyin edilmiş marşrut üzrə hərəkət edə bilir və smartfondan idarə olunur. Beləliklə, dron əl ilə istənilən nöqtəyə gətirilə bilər.

Həmçinin, dron “ağıllı ev” Ring Alarm sisteminin siqnallarına cavab verə bilir. Bu halda o, həyəcan siqnalının harada və niyə çaldığını yoxlamaq üçün uçacaq.

Boş rejimdə dron şarj edildiyi dok stansiyasındadır. Eyni zamanda, kameranın obyektivini bloklayır. Yeniliyin qiyməti 250 dollardır, ABŞ-da ilin sonuna qədər peyda olacaq.

GÜNÜN MANŞETLERİ