Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşəcək

Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşəcək
Yayınlanma tarixi: 12/5/2022 2:20:21 PM

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 6-9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.

İslamazeri.com xəbər verir ki, QMİ-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, Şeyxülislam Allahşükür Paşazadə dekabrın 8-9-da Moskva şəhərində keçiriləcək «Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri» mövzusunda 18-ci Beynəlxalq müsəlman forumunda iştirak edəcək. Tədbir Peyğəmbər Məhəmməd Salavatullahın hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunub. «Beynəlxalq Müsəlman Forumu» təşkilatının, Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin təşkilatçılığı ilə baş tutan mötəbər Forumda mötədillik, mehriban qonşuluq, konfessiyalar və millətlər arası anlaşma, ümmətdaxili münasibətlər kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

QMİ sədri Şeyxülislam A. Paşazadə beynəlxalq forumda məruzə ilə çıxış edəcək, tədbir çərçivəsində tədbirlərdə iştirak edəcək, nüfuzlu din xadimləri ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşü nəzərdə tutulur. Dini liderlər Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dinlərarası dialoq və əməkdaşlıq sahəsində perspektivləri müzakirə edəcəklər.

GÜNÜN MANŞETLERİ

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
ÖLKƏ / MÜNASİBƏT

Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib

5/31/2026 1:40:32 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

5/31/2026 1:38:33 PM
Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah dronu İsrail hərbiçilərinin içində partlatdı - VİDEO

5/31/2026 11:48:19 AM
İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusundan etiraf: Bir əsgərimiz öldü, dördü yaralandı

5/31/2026 11:47:01 AM