Ali Məhkəməyə yeni hakimlər təyin edilir

Ali Məhkəməyə yeni hakimlər təyin edilir
Yayınlanma tarixi: 12/21/2022 1:34:46 PM

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb.

İsmayıl Kamil oğlu Xəlilov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilir.

İslamazeri.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb.

Layihəyə əsasən, onun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmə hakimi vəzifəsindən azad ediləcəyi bildirilir.

Eyni zamanda layihəyə görə, aşağıdakı apelyasiya instansiyası məhkəmələri hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəmənin hakimi təyin ediləcəklər:

- Xıdırov Əhliman Mehman oğlu – (Naxçıvan MR Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri));

- Abdulov Rəşad Məhərrəm oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi;

- Babayev Zəki Baba oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

- Məmmədov Vidadi Məmməd oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

- Cəfərov Vidadi Cəfər oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi (Cinayət Kollegiyasının sədri).

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM