ABŞ-da Trampın İran siyasətinə etirazlar artır: Baş Qərargah rəisi istefa verdi

ABŞ-da Trampın İran siyasətinə etirazlar artır: Baş Qərargah rəisi istefa verdi
Yayınlanma tarixi: 4/3/2026 12:20:01 PM

ABŞ-da Trampın İran siyasətinə etirazlar artır.

İslamazeri.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 41-ci Ordu Korpusunun komandiri general Rendi A. Corcun dərhal təqaüdə çıxdığını açıqlayıb.

Vaşinqton dairələri bu qəfil gedişin arxasında general Corcun İrana qarşı mümkün "yerüstü əməliyyat"a qarşı çıxmasının dayandığını ehtimal edirlər. Bundan bir müddət əvvəl Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent də administrasiyanın İran siyasətini tənqid edərək istefa vermişdi.

Pentaqonun qısa və aydın açıqlamasında təqaüdə çıxmaq qərarının dərhal qüvvəyə mindiyi vurğulanıb.

Rəsmi açıqlamada deyilir: "General Rendi A. Corc 41-ci Ordu Korpusunun komandiri vəzifəsindən dərhal təqaüdə çıxacaq. Hərbi Nazirliyi general Corca millətimizə onilliklər boyu xidmət etdiyinə görə minnətdardır. Ona təqaüddə uğurlar arzulayırıq."

Rəsmi açıqlamada "təqaüdə çıxma" sözü istifadə olunsa da, vaxt və qayda (dərhal qüvvəyə minməsi) bunun ya istefa, ya da vəzifədən azad edilmə olduğunu göstərir.

ABŞ təhlükəsizlik dairələrində və mətbuatında dolaşan iddialara görə, ordu daxilində Prezident Donald Trampın müharibəni genişləndirmək strategiyasına qarşı etirazlar artır. İddia olunur ki, general Corc hava hücumlarından kənarda İran ərazisinə mümkün "yerüstü əməliyyat"a (işğal) qəti şəkildə qarşı çıxıb və mülki administrasiya ilə bu dərin fikir ayrılığı onun istefasına səbəb olub.

General Corcun qəfil istefası Tramp administrasiyasında İran siyasəti ilə bağlı ilk çat deyil.

Bu yaxınlarda Amerika kəşfiyyatı və təhlükəsizliyinin əsas qurumu olan Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent də istefa verib. Kent istefa açıqlamasında Tramp administrasiyasının hazırkı İran strategiyasını sərt şəkildə tənqid edib.

Yüksək vəzifəli təhlükəsizlik və hərbi rəsmilərin ardıcıl istefaları Ağ Ev administrasiyası ilə hərbi və kəşfiyyat şöbələri arasında ABŞ-ın İranla müharibəsi ilə bağlı ciddi baxış toqquşması kimi şərh olunur.

GÜNÜN MANŞETLERİ