11 200-dən çox fələstinlinin taleyini aydınlaşdırmaq üçün xüsusi qrup yaradılıb

11 200-dən çox fələstinlinin taleyini aydınlaşdırmaq üçün xüsusi qrup yaradılıb
Yayınlanma tarixi: 4/22/2026 12:07:28 PM

11 200-dən çox fələstinlinin taleyini aydınlaşdırmaq üçün xüsusi qrup yaradılıb.

İslamazeri.com xəbər verir ki, 2023-cü il 7 oktyabrdan bəri itkin düşən və ya gizlicə qaçırılan 11 200-dən çox fələstinlinin taleyini aydınlaşdırmaq üçün Fələstində xüsusi qrup yaradılıb.

Qeyd edilib ki, həmin tkinlər arasında 4 700-dən çox qadın və uşaq, həmçinin “cəsədləri hələ də dağıdılmış binaların dağıntıları altında qalan minlərlə şəhid, bundan başqa, işğalçı İsrailin həbsxanalarında saxlanılan, lakin taleyi açıqlanmayan şəxslər də” var.

Qəzzadakı Sosial İnkişaf Nazirliyi isə aprelin 5-də verdiyi açıqlamada bildirib ki, soyqırım səbəbindən qadın və uşaqlar da daxil olmaqla 8 min 100-dən çox fələstinli hələ də itkin sayılır.

Bildirilir ki, İsrailin 8 oktyabr 2023-cü ildə ABŞ-ın dəstəyi ilə başladığı hücumlardan bəri Qəzzada 72 mindən çox gühansız fələstinli qətlə yetirilib, 172 mindən çox dinc qəzzalı yaralanıb, infrastrukturun isə təxminən 90 faizi zərər görüb.

GÜNÜN MANŞETLERİ