Zəngilanda 9 kq narkotik götürülüb

Zəngilanda 9 kq narkotik götürülüb
Yayınlanma tarixi: 2/20/2023 12:52:09 PM

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində fevral ayının 19-da saat 09:00 radələrində Zəngilan rayonun Şərifan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 10-DE-474 dövlət qeydiyyat nişanlı “Nexia” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin 1974-cü ildə Cəbrayıl rayonunun Kürdlər kəndində anadan olmuş, hazırda Saatlı rayonunda yaşayan Balacayev İlham Qara oğlu olduğu müəyyən edilmiş və idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 9 kiloqram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM