Zakir Həsənovla NATO nümayəndəsi arasında görüş baş tutub

Zakir Həsənovla NATO nümayəndəsi arasında görüş baş tutub
Yayınlanma tarixi: 10/25/2021 4:04:14 PM

General-mayor F.Diella NATO-nun Azərbaycan ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Oktyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahın Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İslamazeri.com-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı qonağa ətraflı məlumat verib.

General-mayor F.Diella NATO-nun Azərbaycan ilə əməkdaşlığının cari vəziyyətindən, bu sahədə əldə olunan müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

FOTO

GÜNÜN MANŞETLERİ

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır

3/17/2026 10:49:26 PM
İsrail Livanda 111 uşağı qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 111 uşağı qətlə yetirib

3/17/2026 5:30:01 PM