XİN: Azərbaycan qardaş Türkiyə ilə həmrəydir

XİN: Azərbaycan qardaş Türkiyə ilə həmrəydir
Yayınlanma tarixi: 2/8/2023 12:03:30 PM

Bunu nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə Türkiyə ilə həmrəyliyini elan edib.

İslamazeri.com xəbər verir ki, bunu nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

“Azərbaycan qardaş Türkiyə ilə həmrəydir”, - o bildirib.

Bundan başqa, nazirliyin tviter hesabındakı profil loqosu ağ-qara rəngdə dəyişdirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 6234 nəfər ölüb, 37 011 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM