Türkiyədən Quranın növbəti dəfə yandırılmasına etiraz

Türkiyədən Quranın növbəti dəfə yandırılmasına etiraz
Yayınlanma tarixi: 1/28/2023 2:00:10 PM

“İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən nifrət cinayətinin bu gün Danimarkanın paytaxtı Kopenhagendə yenidən törədilməsinə icazə verilməsini qəti şəkildə qınayırıq”.

Türkiyə XİN Türkiyənin Danimarkadakı səfirliyinin və bir məscidin qarşısında polisin mühafizəsi altında Quranın yandırılmasına icazə verilməsini pisləyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda deyilir:

“İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən nifrət cinayətinin bu gün Danimarkanın paytaxtı Kopenhagendə yenidən törədilməsinə icazə verilməsini qəti şəkildə qınayırıq”.

Bəyanatda Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq İsveç və Hollandiyadan sonra Danimarkada həyata keçirilən bu alçaq hərəkətin qarşısının alınmamasının narahatedici olduğu qeyd olunub.

“Avropada milyonlarla insanın həssaslığını təhqir edən bu hərəkətlərə icazə vermək sülh içində bir arada yaşamaq prinsipinə ziddir”,-deyə Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda vurğulanıb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM