Türkiyədə zəlzələ qurbanlarının sayı 18 342-yə çatıb

Türkiyədə zəlzələ qurbanlarının sayı 18 342-yə çatıb
Yayınlanma tarixi: 10.02.2023 12:00:50

Uçmuş binaların dağıntıları altında qalan vətəndaşların xilas edilməsi işləri fasiləsiz olaraq davam edir.

Fevralın 6-da baş verən və episentri Kahramanmaraş olan 10 vilayətdə baş verən zəlzələlərdə həlak olanların sayı 18 min 342-yə yüksəlib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) verdiyi açıqlamaya görə, yerli vaxtla saat 8.30-a kimi episentri Kahramanmaraş olan zəlzələlərdə 18 min 342 nəfər həyatını itirib, 74 min 242 nəfər isə yaralanıb.

Uçmuş binaların dağıntıları altında qalan vətəndaşların xilas edilməsi işləri fasiləsiz olaraq davam edir.

Bölgədə 30 306 axtarış-xilasetmə personalı çalışır ki, onlardan 6 810-u başqa ölkələrdəndir.

Yerli dəstək qruplarından təyin olunan sahə personalının sayı ilə bölgədə fəaliyyət göstərən personalın sayı 121 min 128-ə çatdı.

AFAD, Ailə və Sosial Xidmətlər Nazirliyi və Türkiye Qızıl Aypara Cəmiyyəti tərəfindən zəlzələdən ağır zərər çəkən 10 şəhərə 137 min 973 çadır və 1 milyon 507 min 494 ədyal daşınıb, 97 min 973 ailə yaşayış çadırının quraşdırılması tamamlanıb.

Axtarış-xilasetmə işlərinin Kilis və Şanlıurfada tamamlandığı, Diyarbəkir, Adana və Osmaniyedə isə böyük ölçüdə tamamlandığı bildirilib.

GÜNÜN MANŞETLERİ