Türkiyə Danimarkaya nota verib

Türkiyə Danimarkaya nota verib
Yayınlanma tarixi: 27.01.2023 17:12:43

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu gün Danimarkada Qurana qarşı hücumu ehtiva edən aksiyaya icazə verildiyinin öyrənildiyi qeyd edilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Danimarkada Quran-i-Kərimə qarşı hücuma icazə verilməsi qarşısında Danimarkanın Ankaradakı səfiri (Danny Annan) Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu gün Danimarkada Qurana qarşı hücumu ehtiva edən aksiyaya icazə verildiyinin öyrənildiyi qeyd edilib.

Bunun qarşısında Danimarkanın Ankaradakı səfirinin Nazirliyə çağırıldığı açıqlamada "Səfirə açıq-aşkar nifrət cinayəti olan sözügedən təxribatçı hərəkətə icazə verilməsi üçün ən sərt şəkildə qınadığımız çatdırıldı və Danimarkanın rəftarının qəbuledilməz olduğu vurğulandı. Belə bir hərəkətə icazə verilməməsini gözlədiyimiz vurğulandı" deyilib.

Digər tərəfdən, xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha ilə Qurani-Kərimə hücumlarla bağlı telefon danışığı aparıb.

Telefon danışığında Qurana hücumlar və İslam dünyasının bu hücumlara reaksiyaları müzakirə edilib.

Prezidentin sözçüsü İbrahim Kalın da sosial media hesabında qeyd edib ki, ifadə azadlığı müqəddəs dəyərlərə hücum etmək üçün istifadə edilə bilməz.

O, "Avropa da İslama qarşı hücumlara qarşı tədbir görməlidir" mesajını paylaşıb.

Din İşləri üzrə İdarənin rəhbəri Əli Ərbaş müqəddəs dəyərlərə hücumun azadlıq pərdəsi arxasında normallaşdırıla bilməyəcəyini bildirərək, Quranın Allahın bütün bəşəriyyətə göndərdiyi son ilahi mesaj olduğunu vurğulayıb.

Danimarkanın ifrat sağçı “Sərt kurs” partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda İsveçdəki Stokholm səfirliyi qarşısında Quranı yandırıb, izdihamlı polis mühafizəsində keçirilən etiraz zamanı heç kəsin Paludana yaxınlaşmasına icazə verilməyib.

 

GÜNÜN MANŞETLERİ