Türkiyə, Azərbaycan və İran parlament sədrləri görüşdü - FOTO

Türkiyə, Azərbaycan və İran parlament sədrləri görüşdü - FOTO
Yayınlanma tarixi: 10.01.2023 09:04:01

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf arasında üçtərəfli görüş keçirilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop özünün tvitter səhifəsində paylaşıb.

M.Şentopun yazıb ki,  hər üç ölkə regional və qlobal sülhün bərqərar olması üçün qüvvələrini birləşdirməlidir.

“Üç qardaş ölkənin parlament sədrləri kimi görüşməyimiz regionumuzda sülhün, sabitliyin və əmin-amanlığın möhkəmləndirilməsi üçün ümumi iradəyə malik olduğumuzun göstəricisidir” – deyə M.Şentop qeyd edib.

M.Şentop regionda nəqliyyat dəhlizi və enerji sahəsində əməkdaşlıq potensialına diqqət çəkib.

Görüşdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf da öz fikirlərini bildirib və üçtərəfli görüş formatının davam etdirilməsini dəstəkləyiblər.

Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18