Stratosfer şarları ilə ulduzlara səyahət - YENİ LAYİHƏ

Stratosfer şarları ilə ulduzlara səyahət - YENİ LAYİHƏ
Yayınlanma tarixi: 11/4/2021 4:39:30 PM

Bu şarlar vasitəsilə həyata keçiriləcək uçuşun altı saatdan səkkiz saata qədər davam edəcəyi gözlənilir.

İslamazeri.com "Oxu.az"-a istinadən xəbər verir ki, stratosfer şarları tezliklə ulduzlara səyahət üçün növbəti variant olacaq.

ABŞ-ın “World View” şirkəti yeni layihəsini təqdim edib. Bu, səkkiz sərnişin daşıya bilən futuristik kapsuldur. Nəhəng şar onu stratosferə (ən azı 30 min metr) qaldırır.

Qeyd edilir ki, bu, kosmosun rəsmi sərhədini keçmək üçün kifayət etmir (o, 100 km hündürlükdə təsdiq edilib), lakin mavi planetdən və onun digər tərəfindəki mütləq qaranlıqdan zövq almağa imkan verəcək.

 

Uçuşun altı saatdan səkkiz saata qədər davam edəcəyi gözlənilir.

Startapın baş direktoru Rayan Hartman bildirib ki, onun şirkəti 2024-cü ildə ilk şarları havaya buraxmağı planlaşdırır. Turist üçün buraxılışın qiyməti 50 min dollardır. Bu, “Blue Origin” və “Virgin Galactic” kosmik turizm şirkətlərinin qiymətlərindən xeyli aşağıdır.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM